“Apple” rusiyalılar üçün “AppStore”u təmizləməyə davam edir. Əvvəlcə sub-sanksiyaya məruz qalan bankların mobil müştəriləri oradan yoxa çıxdı, indi isə “TikTok” tətbiqi silinib.
Tətbiqi “iPhone”da yenidən quraşdırmaq mümkün deyil.
Bununla belə, “Google Play”də “TikTok” hələlik rusiyalılar üçün mövcuddur.
Xatırladaq ki, martın əvvəlində “TikTok” Rusiya qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqədar yeni məzmunun yayılmasının və Rusiya Federasiyası ərazisində canlı yayımların aparılmasının müvəqqəti dayandırıldığını elan etmişdi.
Mənbə: TASS