BİZNES

19 Aprel

"Respublika Diaqnostika Mərkəzi"nin səhmdarı toplanır

"Respublika Diaqnostika Mərkəzi" ASC  06 iyun 2022-ci il saat 15:00-da səhmdarların illik ümumi yığıncağını keçirir.

"Fins.az" xəbər verir ki, səhmdarların ümumi yığıncağı zamanı gündəliyə aşağıdakı məsələlər salınıb.

1. Cəmiyyətin 2021-ci il üzrə "İllik hesabat"ının, mənfəət və xərc hesabatının təsdiq edilməsi;

2.  2022-ci ildə görüləcək işlərin və digər məsələlərin müzakirəsi.