BİZNES

14 Mart

Azərbaycan iqtisadiyyatı 6.7% böyüyüb

2022-ci ilin yanvar-fevral aylarında ölkədə 19175,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7% çox ümumi daxili məhsul istehsal olunub.

"Fins.az"xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artmışdır.

Məlumata görə, ÜDM istehsalının 53,6 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1909,7 manata bərabər olub.