BİZNES

05 Avqust

Mikayıl Cabbarovdan aktiv vergi ödəyiciləri barədə AÇIQLAMA

2021-ci ilin 6 ayında aktiv vergi ödəyiciləri-nin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640.401-yə çatıb 

Fins.az xəbər verir ki, bu barədə  İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında məlumat verib . 

Nazir qeyd edib ki, ölkəmizdə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur. 2021-ci ilin 6 ayında aktiv vergi ödəyiciləri-nin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640.401, ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31.738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176.794 təşkil edib.

Müəllif: Aynur Qəniyeva