Əhali arasında belə bir etibar qazanmaq və sektorun lideri olaraq tanınmaq illərlə qazanılan təcrübənin və sərf olunan əməyin nəticəsidir
Fins.az xəbər verir ki, bunu "MilliÖN" terminallarının təsisçisi olan Komtec əməkdaşı Ülviyyə Əfəndiyeva deyib.
O bildirib ki,bu nəticə onlar üçün o qədər də təəcüblü olmayıb. Ölkənin ilk ödəniş terminalları şirkətimiz tərəfindən təsis edilib. Hal-hazırda ölkədə bizimlə yanaşı bir neçə şirkətin də bu sahədə fəaliyyət göstərməsinə baxmayaraq vətəndaşlar onları da bizim xidmətlər kimi qəbul edirlər
Ülviyyə Əfəndiyeva müştərilərin şirkətin xidmətlərinə münasibətdə həssaslığını açıqlayaraq "Çağrı mərkəzimizə ortalama ay ərzində 200-dən artıq zəng digər ödəniş terminalları ilə bağlı daxil olur. Bu hal bizi çox sevindirir. Əhali arasında belə bir etibar qazanmaq və sektorun lideri olaraq tanınmaq illərlə qazanılan təcrübənin və sərf olunan əməyin nəticəsidir. MilliÖN olaraq bu sevgini görür və bundan sonra da əhalinin gözləntisini doğrultmağa çalışırıq"-deyə qeyd edib.
Qeyd edək ki, ERA Marketinq Mərkəzi ölkədə fəaliyyət göstərən ödəniş sistemləri ilə bağlı vətəndaş rəy sorğusu keçirib. Araşdırma 18 yaşdan yuxarı, 1015 respondent arasında keçirilib. Sorğu nəticəsində müəyyən edilib ki, ödəniş terminallarından istifadə edən əhalinin 89%-i məhz MilliÖN-ə üstünlük verir. Tətbiqi istifadə edənlərin 67%-i isə tətbiqin çox rahat və istifadəyə uyğun olduğunu bildirib.
Müəllif: Aynur Qəniyeva