BİZNES

06 May

İqtisadiyyat Nazirliyi bu obyekləri CƏRİMƏLƏDİ

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə  növbəti monitorinq keçirib.

Fins.az xəbər verir ki, monitorinqlər  zamanı Sumqayıt şəhərində “Məlhəm-mağaza”, “Şüküroğlu mebel”, “Elmar market”, “Mebel sərgi salonu”, “Mebel klassika” pərakəndə ticarət obyektlərində, Elmin Əliyevə və Qismət Məmmədova məxsus mağazalarda, “Müasir Stomatologiya-Stomatoloji klinika”da, ümumilikdə 16 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.