2020-ci il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1 280 daşınmaz əmlak əldə ediblər ki, bu da bir il öncəki göstəricidən 7,4% çoxdur.
Fins.az xəbər verir ki, ötən ilin nəticələrinə görə, Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında ilk beşliyə daxil olub.
Qeyd edək ki, hesabat dövründə Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk beşliyinə İran (7 190), İraq (6 674), Rusiya (3 078), Əfqanıstan (1 930) və Azərbaycan (1 280) daxildir. (Apa)