BİZNES

06 May

Bütün mağazalarını bağlayır, 12 min nəfər işini itirəcək

İngiltərədə dekabr ayında iflasını açıqlayan 242 illik geyim və ev tekstili mağazaları şəbəkəsi Debenhams, 15 Mayda bütün mağazalarını bağlayır.

Fins.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, 53 mağaza 8 Mayda, 49 mağaza da 15 May tarixində bir daha açılmamaq şərtilə bağlanacaq.

12 MİN NƏFƏR İŞİNİ İTİRƏCƏK

1950-ci illərdə İngiltərənin ən böyük və ən görkəmli pərakəndə mağazalarına sahib olan şəbəkə, zaman içərisində günün şərtlərinə və istehlakçıların istəklərinə uyğunlaşa bilmədi. Şirkətin borcu 2020-ci ildə 420 milyon sterlinq ətrafında idi. Debenhams mağazalarının bağlanması nətixəsində 12 min nəfər işini itirəcək.

İngiltərənin qabaqcıl bir başqa geyim və ev tekstili şəbəkəsi House of Fraser-in və Sports Direct-in sahibi olan Mike Ashley, 2020-ci ilin aprel ayında Debenhams-ı satın almaq üçün 125 milyon sterinq təklif etmiş, Debenhams rəhbərliyi təklifin aşağı olduğunu bildirərək onu rədd etmişdi.

İnternet üzərindən pərakəndə geyim satışı edən Boohoo, 2021-ci ilin yanvar ayında Debenhams-ın yalnız markasını 55 milyon sterlinq qarşılığında satın almışdır.

İngiltərə Pərakəndə Konsorsiyumunun (BRC) məlumatlarına görə, ölkədə tətbiq olunan yeni növ koronavirus (Kovid-19) tədbirləri səbəbilə pərakəndə mağazaları təxminən 30 milyard sterlinq səviyyəsində satış itkisi yaşayıb. Yalnız 2020-ci ildə pərakəndə sektorunda çalışan 176,7 min nəfər işini itirib.

PricewaterhouseCoopersin (pwc) məlumatlarına görə, İngiltərə daxilində 2020-ci ildə epidemiya tədbirləri səbəbilə 17 min 542 mağaza bağlanıb.

Top Shop, Burton və Dorothy Perkins kimi çox məşhur markanın sahibi Arcadia Group, Edinburgh Woollen Mill Group və Debenhams kimi çoxlu sayda məşhur pərakəndə şəbəkəsi 2020-ci ildə iflas bayrağını qaldırdı.

Digər tərəfdən, epidemiyada, heç fiziki mağazası olmayann Boohoo və Asos kimi onlayn pərakəndəçilər müştərilərini artırmağı bacarıblar.

Asos, satışlarını son 6 ayda 24% artırıb, mənfəətini isə 30,1 milyon sterlinqdən 106,4 milyon sterlinqə yüksəldib.

Asos yaxın zamanda müflisləşən Arcadia Qrupa aid TopShop, Topman, Miss Selfridge, HIIT markalarını 395 milyon sterlinq qarşılığında satın almışdır.