2021-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,7 faizini tikinti, yenidənqurma və genişləndirmə işləri təşkil edib
Fins.az xəbər verir ki, bu barədə Bakı Statistika İdarəsi məlumat yayımlayıb.
Yerinə yetirilmiş inşaat işlərinin 7,1 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 21,6 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
Müəllif: Aynur Qəniyeva