Rieltorların böyük əksəriyyəti qeyri-qanuni işlədiyinə görə vergidən yayınırlar. Onlar qanun çərçivəsində çalışsalar, vergi ödənişlərindən hər ay 100 minlərlə manat dövlət büdcəsinə vəsait daxil ola bilər.
Fins.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, rieltorların qanunsuz fəaliyyəti səbəbindən hər il büdcəmiz milyonlarla manatdan məhrum olub.
Ekspert onu da qeyd edib ki, mənzil satışı və s. məsələlərdə yaranan problemlər zamanı rieltorların hüquqları pozulur:
“Azərbaycanda peşəkar rieltorların sayı həddindən artıq azdır və onların hüquqları bir çox hallarda pozulur. Məsələn, hansısa rieltor yeni tikili binadan mənzil satır və sonra məlum olur ki, MTK həmin evi bir neçə adama satıb. Bu zaman bir çox hallarda MTK rəhbəri ilə yanaşı rieltoru da məsuliyyətə cəlb edirlər. Baxmayaraq ki, burada rieltorun hüquqları pozulub”.