Korrupsiya halları ilə bağlı 29 nəfər barədə 18 material hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib
Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb.
Məlumata görə, vergi xidmətində qurulan şaquli daxili nəzarət sistemləri və risklərin müəyyən edilməsi meyarları az sonra vergi ödəyicilərinin hesabatları və ödənilən vergilər arasındakı disbalansları aşkar etməyə imkan verib. Məsələyə qoşulan daxili tədqiqat qrupu artıq sabiq vergi əməkdaşının törətdiyi əməllərin sxemini və korrupsiya mexanizminə qoşulmuş şəxsləri müəyyən edib. M.Əbdürəhmanov dərhal işindən kənarlaşdırılıb, onun barəsində araşdırmalar, qurduğu korrupsiya sxemi detallı şəkildə aktlaşdırılıb və materiallar hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Bu hadisə vergi xidmətinin daxili təhlükəsizlik strukturlarının son illərdə apardığı və aşkar edərək üzə çıxardığı yeganə fakt deyil. Son 3 ildə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturları təəfindən korrupsiya halları ilə bağlı 29 nəfər barədə 18 material hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Belə şəxslər arasında təkcə sıravi işçilər deyil, yüksək vəzifə tutan şəxslər də olub.