BİZNES

03 May

Azərbaycanda audit xidmətləri BAHALAŞIB

2020-ci ildə Azərbaycanda audit xidmətlərinin qiymətində artım baş verib.

Fins.az xəbər verir ki, bu Auditorlar Palatasının açıqladığı statistik məlumatlardan aydın olur.

Palatanın məlumatına görə, 2020-ci ildə 55 sərbəst auditor və 116 auditor təşkilatı Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edib.

Hesabatlardan məlum olub ki, 2020-ci ildə təsərrüfat subyektləri ilə ümumilikdə 77 milyon manat məbləğində 5 056 müqavilə bağlanılıb.

Belə ki, 2019-cu ildə ölkə üzrə ümumilikdə 6 451 audit müqaviləsi bağlanılıb, ödənilən məbləğ isə 73,1 milyon manat təşkil edib.

Başqa sözlə, 2020-ci ildə müqavilələrin sayı 1,4 min ədəd və ya 21,6% azalsa da, toplanan məbləğ 3,9 milyon manat və ya 5,3% artıb.

2020-ci ildə bağlanmış müqavilələrdən 53,8 mln. manat məbləğində 4 103-i yerinə yetirilib. Bir müqaviləyə düşən məbləğ 13,1 min manat olub.

2019-cu ildə isə yerinə yetirilmiş müqavilələrin sayı 5 205, məbləği 59,5 mln manat təşkil edib, orta məbləğ 11,4 mni manat olmuşdu.