BİZNES

30 Aprel

Azərbaycanlıya ABŞ-da vəzifə verildi

ABŞ-ın Virciniya ştatında yaşayan, Redford Universitetinin professoru Agida Manizadə səsvermə yolu ilə həmin ştatın riyaziyyat müəllimləri şurasının prezidenti seçilib.

Bu bbarədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edək ki, Bakıda anadan olan həmyerlimiz Bakı Dövlət Universitetini bitirib. Daha sonra təhsilini ABŞ-ın ən qədim və nüfuzlu ali məktəblərindən biri olan Villiam və Merri Kollecində və ölkənin dövlət universitetlərinin üçlüyünə daxil olan Virciniya Universitetində davam etdirib.

Hazırda Redford Universitetinin riyaziyyat və statistika fakültəsinin professorudur. Riyaziyyat müəllimlərinin bilikləri sahəsində araşdırmalarla, həndəsənin tədrisi və təlimi, maarifləndirici texnologiyalarla məşğuldur. "Virginia Mathematics Teacher Journal"ın baş redaktorudur, çoxsaylı məqalələrin müəllifidir. Fəxri mükafatlara layiq görülüb.