2021-ci ilin yanvar-mart aylarında vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard 11,3 milyon manat vəsait daxil olub.
Fins.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunun da 2 milyard 85,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 925,6 milyon manatı isə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarıdır.