Yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1 faiz azalıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin yanvar-mart ayları ilə müqayisədə 4,2 faiz azalaraq 11,1 milyard manata bərabər olub. Onun 47,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 383,7 manat və ya keçən ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 2,4 manat az vəsait xərcləyib.