Dövlət Şəhərsalma və Arxitertura Komitəsi ötən ilin payızında, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı düşmənin raket-artilleriya zərbələri nəticəsində dağıdılmış evlərin, obyektlərin bərpası üçün elan etdiyi 6 ayrı tenderə yekun vurub.
Fins.az xəbər verir ki, tenderlər dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyac olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi (lot 1), eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında(lot 2), Gəncə şəhərində (lot 3) , Tərtər rayonunda Lot 4) , Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (lot 5), Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında (lot 6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı elan edilib.
Tenderlər açıq olub və nəticələri vahid dövlət satınalmaları portalında yerləşdirilib. Tenderlərin qalibləri müvafiq olaraq Komitənin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu, eləcə də “Rabitəinşaat” ASC, “Conco” QSC, “Real-İnşaat”, “Az Graft Construction” və “Parlaq-N” MMC-lərdir.
Qalibə müvafiq olaraq 116,2 milyon manat, 457,9 milyon manat, 489,5 milyon manat, 567,1 milyon manat, 338,8 milyon manat və 211,6 milyon manat, ümumilikdə isə 2. 181 milyard manat ödəniləcək.