Yanvar-mart aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, İrana ixracın dəyəri 5,2 milyon dollar, BƏƏ-yə 3,9 milyon dollar, Səudiyyə Ərəbistanına isə 294 min dollar olub. İran və Səudiyyə Ərəbistanına ixracın dəyərində azalma, BƏƏ-yə isə artım müşahidə edilib.