Yanvar-mart aylarında hava nəqliyyatı ilə 242 ton yük ixrac olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən 20 min 950 ton azalma olub. Belə ki, 2020-ci ilin üç ayında hava nəqliyyatı ilə 21 min 192 ton yük göndərilib.
Cari ilin ilk rübündə bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə 2232 ton təşkil edib.