BİZNES

26 Aprel

Mikayıl Cabbarov “İxrac Akademiyası” layihəsinə müraciət edənlərin sayını AÇIQLAYIB 

“İxrac Akademiyası” layihəsində iştirak üçün 30-a yaxın yerli şirkət müraciət edib.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb 

O bildirib ki, ölkənin ixrac potensialının inkişafında müasir, beynəlxalq ticarət sahəsində tələblərə cavab verən kadrların hazırlanması məqsədi ilə AZPROMO və İxracatçılar Klubunun təşkilatçılığı ilə keçirilən “İxrac Akademiyası” layihəsində iştirak üçün 30-a yaxın yerli şirkət müraciət edib.

Nazir təlimlərin əhəmiyyətini xüsusi vurğulayaraq "Bu təlimlər ixracla məşğul olmaq istəyən və ixrac menecerliyi üzrə ixtisaslaşmaq arzusunda olan şəxslər üçün faydalı olacaq."- deyə qeyd edib 

Müəllif: Aynur Qəniyeva