Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi “Aras Karqo”, 21 aprel tarixində “Nurlu Karqo” və 22 aprel tarixində “Etibarlı Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim edib.
Fins.az xəbər verir ki, artıq “Sürət Kargo” və “Naxçıvan Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətləri də fəaliyyətlərini xüsusi lisenziya ilə həyata keçirir. Lisenziya verilmiş karqo şirkətləri sakinləri düşünərək həm internet saytları üzərindən sürətli poçt göndərişlərinin izlənməsi, həm də sosial şəbəkələr üzərindən onlayn xidmət göstərirlər. Onlayn xidmətləri istifadəyə verməklə vətəndaşların məmnunluğunu artırmağa çalışırlar. Eyni zamanda sakinlər üçün şəxsi kabinetindən istifadə edərək, saytlardan rahatlıqla istədikləri əşya və geyimləri onlayn sifariş etmək, həmçinin bağlamaların göndərilməsi və digər məlumatları görmək imkanı yaradılır.