BİZNES

23 Aprel

Startap yoxsa İnnovasiya Əsaslı Biznes?

Bu mövzular hələ də akademik sferada müzakirə mövzusudur. Həm qlobal bazarda həm də Azərbaycanda da çox geniş şəkildə yol verilən yanlışlardan birinə diqqət çəkmək istəyirəm - "Startapın tərifinə"

Steve Blank deyir ki, Startap bir biznes növü deyil, sadəcə biznes modelini tapmağa çalışan bir biznesin ilkin bir prosesidir.

Digər təriflər deyir ki: Startap ölüçlə bilən və miqyaslana bilən bir biznes nümunəsidir.(Mənim ən çox razılaşdığım tərif budur)

 MIT isə deyir ki, artıq sahibkarlıq subyektləri 2 yerə bölünür: KOB və İƏB.

Kiçik və Orta Biznes(KOB) sahibkarlığı bizlərin ənənəvi biznes deyə ifadə etdiyimiz istənilən bir biznes sahibkarlığıdır.

 İnnovasiya Əsaslı Biznes(İƏB) sahibkarlığı isə bu günün startaplarını özündə ehtiva edir. Texnologiyaya əsaslanan, onun vasitə və alətlərindən istifadə edərək şaxələnən, böyüyən, pul qazanan biznes növüdür. Buradan elə ikinci tərifə də gəlirik ki, texnologiya istifadə edildiyi üçün bu biznes növünün ölçülə bilənliyi, hesabatlılığı daha böyükdür. Həmçinin texnologiyanın verdiyi imkanlara görə rəqəmsal müstəvidə qlobal müstəvidə miqyaslana bilir. Beləliklə artıq Startap yox, İƏB deyə bilərik.

Müəllif: Camal Ağayev