BİZNES

23 Aprel

Dövlətin 123 əmlakı özəlləşdirilir-SİYAHI  

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 18 may tarixində hərrac təşkil ediləcək. Hərraca 123 dövlət əmlakı çıxarılacaq.

Fins.az xəbər verir ki, bunlardan 40-ı səhmdar cəmiyyəti, 22-si kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 61-i isə nəqliyyat vasitəsidir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (//bit.ly/3efgWih)

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən 11 may qeyri-iş günü olduğundan bu tarixdə keçirilməsi nəzərdə tutulan hərrac 18 may tarixində təşkil ediləcək.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytında (emlak.gov.az) və ya Özəlləşdirmə portalında (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Müəllif: Aynur Qəniyeva