BİZNES

22 Aprel

Mikayıl Cabbarov: Bu göstərici ötən ilin müvafiq dövründən 3,7% çoxdur

I rübündə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4% olub

Fins.az xəbər verir ki, bunu rəsmi tvitter hesabında Mikayıl Cabbarov yazıb.

O bildirib ki,qeyri neft sektorundan daxilolmaların artması iqtisadi fəallığın bərpasının başladığını göstərir. Bu ilin I rübündə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 72,4% olub və bu göstərici ötən ilin müvafiq dövründən 3,7% çoxdur.

Nazir "Qeyri-neft-qaz sektorunda müsbət dinamika davam edir və aprel ayında da ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım gözləyirik."-deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva