BİZNES

22 Aprel

"Akabe İnşaat" cərimələnib

"Akabe" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib etdiyi protokola baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Aygün Qurbanovanın icraatındadır.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir. (Report)

Qeyd edək ki, “Akabe” MMC inşaat məhsullarının istehsalı və satışı ilə məşğuldur. Daha çox “Akabe İnşaat” kimi tanınan bu şirkət Avropa və Asiya brendlərinin Azərbaycandakı rəsmi distribüteridir.