BİZNES

22 Aprel

Naxçıvanın iqtisadiyyatı BÖYÜYÜB 

Naxçıvan Muxtar Respublikası 2021-ci ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 557 milyon 426 min 300 manat olub.

Fins.az xəbər verir ki, bu da bir il öncəki göstəricidən 0,6% çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3% artaraq 1207,1 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,9 faiz təşkil edib. 

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ilk rübündə sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,2 faiz, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri 9,9 faiz artıb 

Müəllif:Aynur Qəniyeva