BİZNES

21 Aprel

 Azərbaycanda yeni qeydiyyat üsulu ilə 438 yerli investisiyalı MMC yaradılıb

Cari ilin aprelin 1-nə olan məlumata görə, yeni qeydiyyat üsulu ilə (FIN kod+mobil nömrə) 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət ( MMC) qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur.

Dövlət Vergi Xidmətindən Fins.az-a  bildirilib ki, bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7 faiz təşkil edib.

Üç ay ərzində 272 publik hüquqi şəxs, 1666 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.