BİZNES

21 Aprel

Dövlət Vergi Xidməti büdcəyə ödəmələri - 2% Artırıb

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 2 085,7 milyon manat vəsait daxil olub.

Fins.az  Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu proqnoza nisbətən 363,8 mln manat və yaxud 21,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 45,8 milyon manat və yaxud 2,2% çoxdur.

Rüblük vəsaitin 72,2%-i və yaxud 1 507 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 1 il əvvələ nisbətən 110,6 milyon manat və yaxud 7,9 % çoxdur.

(Report)