Hacıqabul Sənaye Məhəlləsində “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışda iştirak edib.
Fins.az xəbər verir ki, müəssisədə il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək.
Məhsulun keyfiyyəti və qiyməti məsələsinə gəldikdə isə Cengiz Aygör deyib ki, Azərbaycanda su istehsal edən müəssisələrə qab satırıq. Artıq xarici bazardan məhsul almağa ehtiyac yoxdur. Yerli istehsal qiymətlərə də təsir edəcək. Keyfiyyət və qiymət sahəsində də üstünlüklər var.