BİZNES

21 Aprel

Bakıda torpaq qiymətlərində kəskin bahalaşma

Bakıda mart ayında torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

Fins.az xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov mart ayında Bakıda torpaq bazarında orta qiymətin 20719 manat/sot olduğunu bildirib.

Onun sözlərinə görə, qiymətlərdə 4,42 faiz bahalaşma qeydə alınıb.

Ekspert qeyd edib ki, qiymət bahalaşmasının səbəblərindən biri mövsümlə əlaqədar torpaq sahələrinə tələbatın artmasıdır.

(C)trend