2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana kondisioner idxalı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 8% - 4,014 min ədədə qədər artıb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 1 milyon 691,5 min dollar məbləğində (artım 20,5%) qiymətləndirilir.
Həmçinin, yanvar-fevralda Azərbaycana 17 milyon 848,2 min dollar dəyərində (azalma 4,4%) 132 min ədəd (azalma 10,8%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 8,8% - 23,845 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri 4 milyon 911,4 min dollar (artım 3,8%) təşkil edir.