BİZNES

20 Aprel

Azərbaycan bu ölkənin əsas ticarət tərəfdaşlarının ilk onluğunda

2021-ci ilin yanvar-mart aylarında Gürcüstanın xarici ticarət balansının mənfi saldosu $1 milyard 131,9 milyon təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 7,3% azdır.

Bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında deyilir.

Birinci rübdə Gürcüstan 121 ölkə ilə (2020-ci ilin yanvar-mart aylarında 123 ölkə ilə) idxal-ixrac əməliyyatları həyata keçirib.

MDB ölkələri ilə ticarət dövriyyəsi 0,1% - $976 milyona, Avropa İttifaqı ölkələri ilə 7,1% - $597,6 milyona qədər azalıb.

Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyə olub (bütün xarici ticarət dövriyyəsinin 15,1%-i). İkinci yerdə Rusiya (11,9%), üçüncü yerdə isə Çin (10,5%) qərarlaşıb. Respublikanın əsas ticarət tərəfdaşları arasında ilk onluqda Azərbaycan (9%), ABŞ (5,8%), Ermənistan (5,5%), Ukrayna (5%), Almaniya (4%), Bolqarıstan (3,1%) və İtaliya (2,2%) da yer alıb.