Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev İşçi qrupunun rəhbəri təyin olunması ilə bağlı paylaşım edib.
Fins.az xəbər verir ki, nazir sosial şəbəkədəki paylaşımında Prezident İlham Əliyevin sərəncamı ilə “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar yaradılmış İşçi qrupun rəhbəri təyin olunduğunu bildirib.
“Əminəm ki, İşçi qrupun aidiyyəti dövlət orqanları, elmi müəssisələr və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq”, - nazir vurğulayıb.