Yanvar-mart aylarında 7164 ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, qeyd edilən dövrdə ixrac edilən piy və yağların dəyəri 8,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən il ilin eyni dövründə 6,1 milyon dollarlıq 6485 ton bitki və heyvan mənşəli piy və yağlar ixrac edilib.