BİZNES

19 Aprel

Azərbaycanda ən çox idxal əməliyyatları martda aparılıb

2021-ci ildə Azərbaycanda ən çox idxal əməliyyatları martda aparılıb.

Dövlət Gömrük Komitəsindən fins.az-a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi martda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, martda idxal əməliyyatlarının dəyəri 917 milyon ABŞ dolları, yanvarda isə 790,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin birinci rübündə idxalın dəyəri 2 milyard 530,4 milyon dollar olub.