2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 274 min kvadratmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 38,1% azdır.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-mart ayları ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 120,4 milyon manat (azalma 44,7%) təşkil edib.
2020-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 4 milyon 957,2 min kvadratmetr təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 47,6% azdır.
2020-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 367,3 milyon manat (artım 2,9%) təşkil edib