BİZNES

01 Dekabr

\"Nar\" 2020-ci ildə hansı tədbir və kampaniyaları həyata keçirib?- HESABAT

Bakı, 01dekabr Fins.az

Fins.az  2020-ci il ərzində  “Azerfon” MMC- "Nar " -ın həyata keçirdiyi ı satış və sosial yönümlü tədbirlər, kampaniyalar barədə məlumatı təqdim edir. 

2020-ci ildə şirkətimiz bütün səylərini sosial dəstək layihələrinə istiqamətləndirməyə qərar verdi. Koronavirusla mübarizə və torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə dəstək olmaq üçün fərqli istiqamətlərdə çalışdıq:

Pandemiya dövründə həm müştərilərimizin dəyişən ehtiyaclarına cavab vermək, həm də ümumi mübarizəyə dəstək olmaq üçün aşağıdakı addımları atmışıq:

  1. Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat ianə etdik.
  2. Tibb işçilərini və tibbi nəzarət altında olan xəstələri pulsuz mobil rabitə ilə təmin etdik.
  3. Müştərilərimizin “Nar” Xidmət mərkəzlərinə gəlmədən bütün zəruri xidmətləri birbaşa ünvanda əldə edə bilmələri üçün “Səyyar Nar” xidmətini istifadəyə verdik.
  4. Eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin etdik.
  5. İşçilərimizin bir çoxunu uzaq məsafədən iş rejiminə keçirdik.
  6. TƏBİB ilə bərabər pandemiya dövründə görünməyən qəhrəmanlar haqqında hekayələri bir araya toplayan “Günün Qəhrəmanları” müsabiqəsini reallaşdırdıq.

Torpaqlarımızın azadlığı uğrunda hərbi əməliyyatların başladığı gündən etibarən, “Nar” əhalinin ruh yüksəkliyinə töhfə vermək və zərərçəkmiş əhaliyə dəstək olmaq məqsədilə də müxtəlif dəstək layihələrini həyata keçirib:

  1. Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Goranboy və Beyləqan, eyni zamanda Gəncə və Bərdə şəhərlərindəki bütün abunəçilərimizin balansına 100 danışıq dəqiqəsi və SMS əlavə etdik.
  2. Cəbhəyanı ərazilərdən köçürülmüş ailələrə dəstək olmaq üçün onları isti qış geyim dəstləri ilə təmin etdik.
  3. Milli Müstəqillik Gününü cəbhəyanı ərazilərdəki sakinlərlə bərabər keçirərək, minlərlə “Nar” ödəmə kartlarının və Azərbaycan bayraqlarının paylanılması təşkil etdik.
  4. Həmin bölgələrdə yaşayan istifadəçilərini kəsintisiz rabitə ilə təmin etmək üçün baza stansiyalarının tutumunu genişləndirdik, 24/7 rejimində şəbəkə üzrə monitorinq və optimizasiya işləri həyata keçirdik.
  5. Səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş rayonlarımızda mobil şəbəkə yaradılmasına nail olduq.

“Nar”, hər iki istiqamət üzrə məsələlərin cəmiyyət üçün əhəmiyyətini nəzərə alaraq, növbəti ildə də bu cür sosial dəstək layihələrini davam etdirəcək. Şirkətin yeni layihələri ilə bağlı ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.

2020-ci il ərzində keçirilən digər sosial layihələrlə bağlı ətraflı məlumatı buradan ala bilərsiniz.

 Qeyd edək ki, "Azerfon" şirkəti fəaliyyətinə 2007-ci ilin 21 mart tarixində "Nar Mobile" ticarət nişanı ilə başlayıb