BİZNES

27 Noyabr

Azərbaycanın Fransadan 2020-ci il ərzində aldığı ətirin ümumi dəyəri AÇIQLANIB

Bakı, 27 noyabr Fins.az  

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana ətir və tualet suyu idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 10,1% artıb, dəyər ifadəsində 10% azalıb. 

Fins.az xəbər verir ki, hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 1 min 47,06 ton, dəyəri 11 milyon 565,05 min dollar təşkil edib.

Məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında Fransadan 3 milyon 637,2 min dollar dəyərində 43,55 ton (miqdar ifadəsində azalma 30,4%, dəyər ifadəsində azalma 27,9%) ətir və tualet suyu idxal edilib.