BİZNES

14 Avqust

Azərbaycanın qeyri-neft ixracı azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 1 035 068,66 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin yayımladığı məlumata görə, qeyri-neft ixracında ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% və ya 97 949,18 min dollar həcmində azalma müşahidə olunub.

Qeyd edək ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan ümumilikdə 9 131 138,02 min dollar dəyərində (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb) 2 356 çeşiddə mal ixrac olunub.