BİZNES

13 Avqust

“Azərbaycan İnvestisiya Şirkəti”-nə yeni direktor təyin edilib

Nazirlikdən fins.az-a verilən məlumata görə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə  “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsi isə Ülvi Mansurova həvalə edilib.

Məlumata görə,Ülvi Mansurov 2012-2015-ci illərdə Britaniyanın Uorvik Universitetində təhsil alıb, “Warwick Business School” proqramının məzunudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, “Bank Technique” İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, “Azərpoçt” MMC-nin baş direktoru vəzifələrində çalışıb. Son təyinatına qədər isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Müəllif:Aynur Qəniyeva