BİZNES

13 Avqust

Əhalinin hər bir nəfəri pərakəndə ticarət obyektlərində nə qədər pul xərcləyib?

2020-ci ilin yanvar-iyul aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 306,4 manat olub

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,bu göstərici 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,3 manat çoxdur.

Məlumata görə, Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 164,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.

Müəllif:Aynur Qəniyeva