BİZNES

13 Avqust

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu artıb-MƏBLƏĞ

2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7588,3 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib.

Fins.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 22,9% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,6 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 5104,7 mln. manatı və ya 67,3%-i məhsul istehsalı sahələrinə, 1745,9 mln. manatı (23,0%-i) xidmət sahələrinə, 737,7 mln. manatı (9,7%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.