BİZNES

13 Avqust

Azərbaycanda ÜDM-in məbləği AÇIQLANIB

2020-ci ilin yanvar-iyul aylarında ölkədə 40008,5 milyon manat ümumi daxili məhsul istehsal olunub

Fins.az Dövlət Statistika Komitəsinə iostinadən xəbər verir ki, bu görərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azdır.

Məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz, neft-qaz sektorunda isə 4,5 faiz azalmışdır.

Həmçinin qeyd edilir ki, ÜDM istehsalının 35,3 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 4015,1 manata bərabər olub.

Müəllif:Aynur Qəniyeva