BİZNES

13 Avqust

Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin məbləği AÇIQLANIB

2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7588,3 milyon manat məbləğində vəsaiy yönəldilib

Fins.az xəbər verir ki,Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib.

Məlumata görə,neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 22,9 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,6 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 5104,7 milyon manatı və ya 67,3 faizi məhsul istehsalı sahələrinə, 1745,9 milyon manatı (23,0 faizi) xidmət sahələrinə, 737,7 milyon manatı (9,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub

Müəllif:Aynur Qəniyeva