BİZNES

13 Avqust

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri 4,1% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 517,3 mln. manat təşkil edib. Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42%-ni təşkil edib.

Bu ilin yeddi ayında informasiya və rabitə müəssisələri tərəfindən 1232,1 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 72%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 3% artıb. Bu sahədə əldə olunan gəlirin 80,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

(c)APA