2020-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 720,0 manat olub
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,0 faiz artıb.
Məlumata görə,iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Qeyd edək ki, 2020-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1695,1 min nəfər olub
Müəllif:Aynur Qəniyeva