Bu ilin yanvar-iyul ayları üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrünün göstəricisini 1,4% üstələyərək 256 878,1 min ABŞ dolları təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin yeddi ayında ixracın həcmi 0,7% artaraq 223 138,9 min dollar olub. Hesabat dövründə idxalın həcmi 33 739,2 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 6,2% üstələyir.
(c)APA