BİZNES

06 Avqust

Paytaxtda ticarət dövriyyəsinin həcmi 1,0 faiz AZALIB

2020-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 10233,7 milyon manat olmuşdur.

Fins.az Bakı şəhər Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz azalıb

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 5154,3 milyon manat təşkil edib.

Eyni zamanda qeyri-ərzaq məhsullarının həcmi isə 6,6 faiz azalaraq 5079,4 milyon manata bərabər olub. 

Eyni zamanda bildilir ki,istehlak məhsullarının 29,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb

Müəllif:Aynur Qəniyeva