BİZNES

06 Avqust

Azərbaycanda kimlər işsizlikdən sığorta ödənişi ala bilər? qayda necə dəyişir?

2018-ci il yanvarın 1-dən qüvvədə olan işsizlikdən sığorta qanunu yenilənir.

Beləki, parlamentin 5 avqust iclasında ilk oxunuşdan keçən dəyişikliyə görə, sığorta ödənişini əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş və rəsmən işsiz kimi qeydiyyata alınmış şəxslər də alacaq. 


Fins.az xəbər verir ki, ödəniş üçün onların müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişinin minimum əməkhaqqı (250 manat) qədər və 3 ay müddətinə ödənməsi nəzərdə tutulur.
Dövlət orqanının və ya hüquqi şəxsin ləğvi; işçilərin sayının və ya ştat vahidlərinin ixtisarı hallarında işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur və ödəniş işçinin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

Qanun yenilikləri 2024-cü il yanvarın 1-dək qüvvəyə minəcək.

Müəllif:Aynur Qəniyeva