BİZNES

05 Avqust

Tahir Mirkişili: Azərbaycan höküməti bir sıra xərcləri maliyyələşdirmək üçün daxili borcunu artıra bilər

Fins.az-ın  "İnterfax"-a istinadən verdiyi məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesab edir ki, Azərbaycan hökuməti bir sıra xərcləri maliyyələşdirmək üçün daxili borcunu bir qədər artıra bilər.

“İyulun 1-nə olan məlumata görə, Azərbaycanın daxili borcu cəmi 1,4 milyard manat və ya ÜDM-in 2% -dir. Bu, daxili borcun artırılması və bu vəsaiti dövlət büdcəsinin maliyyələşdirilməsinə yönəltmə imkanını verən çox aşağı bir rəqəmdir " Mirkişili çərşənbə günü Milli Məclisin plenar iclasında 2020-ci il dövlət büdcəsinə dəyişiklikləri müzakirə edərkən deyib 

Mirkişili əlavə etdi ki, daxili borcun artması təkcə dövlət büdcəsinin maliyyələşdirilməsini təmin etməyəcək, həm də daxili qiymətli kağızlar bazarının inkişafına təkan verəcəkdir.