Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə RF-in Rostov vilayəti Ticarət və Sənaye Palatası (RTSP) arasında Anlaşma Memorandumu imzalanıb.
Fins.az xəbər verir ki, anlaşma Memorandumuna əsasən ASK və RTSP tərəfindən qarşılıqlı biznes missiyaların, sərgilərin və işgüzar forumların keçirilməsi, potensial layihələrin birgə reallaşdırılması, həmçinin, məlumat mübadiləsi və ya mütəxəssislər vasitəsilə qabaqcıl təcrübənin öyrənilməsi planlaşdırılır.
Eyni zamanda, aparılan danışıqlar nəticəsində ASK, AZPROMO və Rostov Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə yaxın müddətdə RF Rostov vilayətində və Azərbaycanda fəaliyyət göstərən sahibkarların iştirakı ilə onlayn B2B görüşün keçirilməsi gözlənilir.
Müəllif:Aynur Qəniyeva